arrow

AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir

AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir
18-02-2026 17:25

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) regionlarda epidemioloq vəzifəsinə peşəkar kadrları əməkdaşlığa dəvət edir. 

Namizəd üçün tələblər: 
• Ali tibbi təhsil (həkim, epidemiologiya, gigiyena və ya tibbi profilaktika ixtisası üzrə);
• Qida mənşəli xəstəliklər və zəhərlənmələr üzrə araşdırma aparmaq bacarığı;
• Epidemioloji nəzarət prinsipləri, xəstəliklərin yayılma dinamikası və risk analizi üsulları haqqında biliklər;
• Kompüter, statistika və məlumat bazaları ilə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:
• Yaxın inzibati ərazilərdə qida mənşəli xəstəliklər və kütləvi zəhərlənmə hadisələri üzrə epidemioloji araşdırmalar aparmaq;
• Epidemioloji məlumatları toplayaraq, təhlil etmək və hesabatlar hazırlamaq;
• Qida zəncirinin müxtəlif mərhələlərində yoluxucu xəstəliklərin yayılma risklərini qiymətləndirmək;
• Laborator nəticələrlə epidemioloji məlumatları inteqrasiya və interpretasiya etmək;
• Epidemioloji nəzarət və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
• Qida təhlükəsizliyi sahəsində epidemioloji risklərin idarə olunması üzrə təlimat və tövsiyələrin hazırlanmasında iştirak etmək.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Epidemioloq” qeyd edərək hr@afsa.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

Son müraciət tarixi: 18.03.2026