Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) regionlarda (Xaçmaz,
Şamaxı, Salyan, Lənkəran, Şəki, Gəncə, Tovuz, İmişli, Ucar, Bərdə) epidemioloq
vəzifəsinə peşəkar kadrları işə dəvət edir.
Namizəd üçün tələblər:
•Ali tibbi təhsil (həkim, epidemiologiya, gigiyena və ya tibbi profilaktika
ixtisası üzrə);
•Qida mənşəli xəstəliklər və zəhərlənmələr üzrə araşdırma aparmaq bacarığı;
•Epidemioloji nəzarət prinsipləri, xəstəliklərin yayılma dinamikası və risk
analizi üsulları haqqında biliklər;
•Kompüter, statistika və məlumat bazaları ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
•Regionlarda qida mənşəli xəstəliklər və kütləvi zəhərlənmə hadisələri üzrə
epidemioloji araşdırmalar aparmaq;
•Epidemioloji məlumatları toplamaq, emal və təhlil etmək, hesabatlarını hazırlamaq;
•Qida zəncirinin müxtəlif mərhələlərində yoluxucu xəstəliklərin yayılma
risklərini qiymətləndirmək;
•Laborator nəticələrlə epidemioloji məlumatları inteqrasiya və interpretasiya
etmək;
•Epidemioloji nəzarət və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi
üzrə təkliflər hazırlamaq;
•Qida təhlükəsizliyi sahəsində epidemioloji risklərin idarə olunması üzrə
təlimat və tövsiyələr hazırlamaqda iştirak etmək.
Əlavə məlumatlar:
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Epidemioloq”
qeyd edərək hr@afsa.gov.az ünvanına göndərmələri xahiş olunur.
Son müraciət
tarixi: 13.04.2026