arrow

AQTİ vakant vəzifələr üzrə işə qəbul elan edir

AQTİ vakant vəzifələr üzrə işə qəbul elan edir
18-01-2024 15:02

Baytarlıq, zootexniklik, əczaçılıq, biologiya, kimya, bitki mühafizəsi, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, aqronomluq, tibbi profilaktika, bitki mühafizəsi, genetik, biokimyaçı, aqrokimya, qidalanma gigiyenası üzrə mütəxəssis, molekulyar genetik və bioloq ixtisasları üzrə ali təhsilə və müvafiq sahələrdə iş təcrübəsinə malik şəxslər işə qəbul üçün müraciət edə bilərlər.

Müvafiq ixtisasa sahib, karyera hədəfləri üçün iş imkanlarını dəyərləndirmək və yüksək əmək haqqı təkliflərindən yararlanmaq istəyən namizədlər CV-lərini 29.01.2024-cü il tarixinədək mövzu yerinə "AQTİ-Şamaxı" yazaraq hr.aqti@afsa.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

İşə qəbul müsahibə əsasında aparılacaq. Yalnız müvafiq tələblərə cavab verən namizədlərin CV-ləri təhlil ediləcək və onlar müsahibəyə dəvət olunacaqlar.

İşə qəbul zamanı Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarında yaşayan namizədlərə üstünlük veriləcək.