arrow

AQTİ və Almaniya Federal Risk Qiymətləndirilməsi İnstitutu arasında görüş keçirilib

AQTİ və Almaniya Federal Risk Qiymətləndirilməsi İnstitutu arasında görüş keçirilib
08-10-2021 18:09

Görüş əməkdaşlıq əlaqələrinin qurulması üçün ümumi tanışlıq, qurumların fəaliyyəti və məqsədləri barədə qarşılıqlı məlumat mübadiləsi məqsədilə keçirilib.

Görüş zamanı tərəflər arasında ortaq əməkdaşlıq istiqamətləri üzrə təkliflərin qarşı tərəfə göndərilməsi, əməkdaşlıq istiqamətləri üzrə hər iki qurumdan yekun rəy və təkliflər alındıqdan sonra əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması barədə razılıq əldə olunub.