Keyfiyyətə nəzarət və laboratoriya sahəsində iş təcrübəsi və ingilis dili biliyi arzu olunandır. Bundan başqa, sözügedən vəzifəni tutmaq istəyən namizədlərdən dəqiqlik, diqqətlilik, analitik düşünmə qabiliyyəti, komanda ilə işləmə bacarığı tələb olunur.
Keyfiyyətə nəzarət üzrə mütəxəssisin vəzifə öhdəliklərinə laboratoriyaların fəaliyyət istiqamətinə uyğun yeni metodların araşdırılması və tətbiqi işinin təşkili, laboratoriyanın fəaliyyətinin planlaşdırılması, işçilərin iş yerlərinə yerləşdirilməsinin təmin olunması, laboratoriyaların işçi heyətinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində iştrak və s. daxildir.
Namizədlərdən CV-lərini mövzu yerinə "Keyfiyyətə nəzarət üzrə mütəxəssis" yazaraq hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edildikdən sonra müsahibəyə dəvət olunacaq.