arrow

AQTİ yem istehsal edən şirkət əməkdaşlarına HACCP sisteminin tətbiqi üzrə məsləhət xidməti göstərib

AQTİ yem istehsal edən şirkət əməkdaşlarına HACCP sisteminin tətbiqi üzrə məsləhət xidməti göstərib
16-09-2025 11:55

Ağdaş ərazisində yerləşən iri və xırdabuynuzlu heyvanlar, ev quşları üçün yem məhsulları istehsal edən “ATS Feed” MMC-nin əməkdaşlarına Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən HACCP sisteminin tətbiqi ilə bağlı məsləhət xidməti göstərilib.

Xidmət çərçivəsində əməkdaşlara HACCP sisteminin mahiyyəti, tətbiq prinsipləri və bu sistemin müəssisələrə qazandırdığı üstünlüklər barədə ətraflı məlumat verilib. 

“Qida Təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq təşkil edilən xidmət çərçivəsində müəssisənin xammal qəbulu, saxlama anbarları, emal sahələrinin HACCP prinsiplərinə uyğunluğu qiymətləndirilib, müvafiq məsləhətlər verilib. 

Diqqətə çatdırılıb ki, HACCP prinsipləri istehsalda risk əsaslı yanaşmanı təmin edir. Bu isə standart keyfiyyətdə məhsul istehsalına, satış və gəlirliliyin artmasına, həmçinin ixrac potensialının yaranmasına imkan verir.

Qeyd edək ki, sahibkarlar HACCP mövzusunda təlim və məsləhət xidmətlərindən istifadə etmək üçün info@afsi.gov.az elektron poçt ünvanına məktub göndərə və ya “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.