Data analitik üçün tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Yüksək kommunikasiya və təqdimat bacarığı;
- Biznes yönümlü düşünmə və problemlərin həllinə kreativ yanaşma bacarığı;
- Microsoft Office, Microsoft Excel, Microsoft Power BI, Tableau proqramlarını, SQL və Python proqram dillərini bilmək. SPSS proqramını bilmək arzuolunandır.
Operativ əməliyyatların monitorinqi və izlənməsi üzrə mütəxəssis üçün tələblər:
- Ali təhsil;
- Yüksək kommunikasiya və təqdimat bacarığı;
- Biznes yönümlü düşünmə və problemlərin həllinə kreativ yanaşma bacarığı;
- İngilis dili (minimum texniki səviyyədə danışıq);
- Zabbix software, Digital evidence management solution-DEMS ShehllEye, SolarWinds SAM, SolarWinds DPA, ADAudit Pro, Grafana, Youtrack task managment system və Tableau proqramlarını bilmək.
Biznes analitiki üzrə mütəxəssis üçün tələblər:
- Minimum 3 il iş təcrübəsi;
- Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
- İT analitik, biznes analitik və ya oxşar sahədə iş təcrübəsi;
- Komandada işləmək, individual qərarlar verə bilmək;
- Biznes və texnologiyanın tələblərini anlamaq;
- Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak təcrübəsi;
- Proqram təminatının inkişaf etdirilməsi prosesi haqqında biliklər;
- Agile və SCRUM haqqında biliklər;
- Rus və ingilis dillərində yazmaq və danışmaq bacarığı;
- SQL, PL/SQL üzrə biliklər;
- Draw.io, Visio və Figma proqram təminatlarını yüksək səviyyədə bilmək;
- Problemləri həll etmək bacarığı və analitik təfəkkür.
Aparıcı proqramçı üçün tələblər:
- Minimum 3 il iş təcrübəsi;
- ASP.NET MVC, .NET Core, Ajax, Soap, Rest və JavaScript, jQuery, Angular, React, Bootstrap, CSS, HTML proqramlarını, obyektyönlü proqramlaşdırma prinsiplərini, eləcə də Desing Pattern və Automated Testingi bilmək;
- Məlumat bazaları, Oracle və SQL sorğuları üzrə biliklər;
- Git və TFS ilə işləmə bacarıqları.
Baş proqramçı üçün tələblər:
- Minimum 4 il iş təcrübəsi;
- ASP.NET MVC, .NET Core, Ajax, Soap, Rest və JavaScript, jQuery, Angular, React, Bootstrap, CSS, HTML proqramlarını, obyektyönlü proqramlaşdırma prinsiplərini, eləcə də Desing Pattern və Automated Testingi bilmək;.
- Məlumat bazaları, Oracle və SQL sorğuları üzrə biliklər;
- Git və TFS ilə işləmə bacarıqları.
Proqramçı üçün tələblər:
- Minimum 2 il iş təcrübəsi;
- ASP.NET MVC, .NET Core, Ajax, Soap, Rest və JavaScript, jQuery, Angular, React, Bootstrap, CSS, HTML proqramlarını, obyekt yönlü proqramlaşdırma prinsiplərini, eləcə də Desing Pattern və Automated Testingi bilmək;.
- Məlumat bazaları, Oracle və SQL sorğuları üzrə biliklər;
- Git və TFS ilə işləmə bacarıqları.
İnformasiya texnologiyaları infrastrukturu üzrə texnik üçün tələblər:
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.
- Ümumi İT helpdesk biliklərinə sahib olmaq;
- Korporativ şəbəkənin iş prinsipləri və LAN/WAN, VPN texnologiyaları üzrə biliklər;
- Kabelləşmə standartlarını bilmək;
- Microsoft Windows əməliyyat sisteminin və üzərində istifadə edilən proqram təminatının qurulması;
- Regionlara ezam edilmə şərti;
Tələblərə cavab verən namizədlər özləri barədə məlumatlara dair anket formasını (CV) mövzu yerinə müvafiq vəzifənin adını yazaraq hr.aqti@afsa.gov.az elektron poçt ünvanına göndərə bilərlər. CV-lər təhlil edildikdən sonra namizədlərlə əlaqə saxlanılacaq.