arrow

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Şamaxı Regional Sınaq Laboratoriyasında vakant olan kimyaçı vəzifəsinə peşəkar kadrları işə dəvət edir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Şamaxı Regional Sınaq Laboratoriyasında vakant olan kimyaçı vəzifəsinə peşəkar kadrları işə dəvət edir
07-05-2026 16:30

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Şamaxı Regional Sınaq Laboratoriyasında vakant olan kimyaçı vəzifəsinə peşəkar kadrları işə dəvət edir.

Namizəd üçün tələblər:

Kimya, aqrokimya , analitik kimya və ya kimya mühəndisliyi üzrə ali təhsil;

Laboratoriya və analitik kimya sahəsində iş təcrübəsi;

Kimyəvi, fiziki-kimyəvi və instrumental analiz metodları üzrə nəzəri və praktiki biliklər;

Dəqiqlik, yüksək analitik və texniki düşünmə qabiliyyəti;

Məsuliyyətli, operativ və komandada işləmə bacarığı;

MS Office (Excel, Word) proqramları üzrə praktiki bacarıqlar;

Rus və ya ingilis dili bilikləri üstünlükdür.



Əlavə məlumatlar:

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “kimyaçı” qeyd edərək info@afsa.gov.az ünvanına göndərmələri xahiş olunur. 


Son müraciət tarixi: 07.06.2026