arrow

Bakı Regional Sınaq Laboratoriyası İngiltərədə keçirilən səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib

Bakı Regional Sınaq Laboratoriyası İngiltərədə keçirilən səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
08-02-2023 09:41

Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Bakı Regional Sınaq Laboratoriyası İngiltərənin “FAPAS” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınaqlarına qatılıb. Laboratoriya sınaqlarda yağ turşuları parametri üzrə uğurlu nəticələr əldə edib. Laboratoriyada yağlarda yağ turşularının təyini qaz xromatoqrafı cihazı vasitəsi ilə beynəlxalq ISO metoduna uyğun olaraq həyata keçirilib.

Qeyd edək ki, Bakı Regional Sınaq Laboratoriyası 2022-ci ildə İngiltərənin “LGC Standards” və “FAPAS” şirkətləri tərəfindən təşkil olunan səriştəlilik sınaqlarına qatılıb. Laboratoriya müvafiq olaraq təqdim edilən 2 paralel nümunədə 26 mikrobioloji parametr və qida məhsullarında toksiki elementlərin (As, Cd, Pb, Hg) təyini parametri üzrə uğurlu nəticələr əldə edib.

Bakı Regional Sınaq Laboratoriyasında qida və kənd təsərrüfatı məhsullarının, yemlərin və içməli suların Azərbaycan Respublikasında qüvvədə olan normativ-texniki sənədlərlə yanaşı, ISO, AOAC, ASTM, NMKL və QOST beynəlxalq standartlarında qeyd olunan keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, toksikoloji, fiziki-kimyəvi sınaqları aparılır.