arrow

Bakıda keçirilən beynəlxalq sərgidə AQTİ-nin laboratoriyalarına virtual səyahət imkanı yaradılıb

Bakıda keçirilən beynəlxalq sərgidə AQTİ-nin laboratoriyalarına virtual səyahət imkanı yaradılıb
16-05-2024 11:18

Bakı Ekspo Mərkəzində keçirilən sərgidə iştirakçılar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) stendinə yaxınlaşaraq (zal 1, yer: 1F160) Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarına virtual səyahət edə bilərlər. Belə ki, VR eynəklər vasitəsilə AQTİ-nin Kompleks Tədqiqatlar Laboratoriyasının qida və qida əlavələri bölməsi, eləcə də Xromatoqrafiya otağına virtual səyahət imkanı yaradılıb.

Həmçinin sərgi iştirakçılarına sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, eləcə də idxal-ixrac əməliyyatları ilə bağlı AQTA-nın həyata keçirdiyi fəaliyyətlər və innovativ həllərə dair yeni videoçarxlar nümayiş etdirilir.

Bununla yanaşı, sərgidə İnstitutun yeni Çadır tipli Səyyar Fitosanitar Laboratoriyası da nümayiş olunur. Ziyarətçilər bilavasitə xəstəlik ocağında qısa müddət ərzində quraşdırılmaqla xüsusi təyinatlı müayinələrin aparılmasına imkan verən bu laboratoriya ilə tanış ola bilərlər. Əlavə olaraq, sərgidə AQTİ tərəfindən sahibkarlıq subyektlərinə təklif edilən xidmətlərə və digər məsələlərə dair hazırlanmış çap materialları nümayiş etdirilir.