arrow

Cenevrədə Qida Standartları Komissiyasının 49-cu sessiyası keçirilir

Cenevrədə Qida Standartları Komissiyasının 49-cu sessiyası keçirilir
06-07-2026 17:11

2026-cı il iyulun 6-da İsveçrə Konfederasiyasının Cenevrə şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatının (WHO) birgə təşkilatçılığı ilə Kodeks Alimentarius Komissiyasının (Codex Alimentarius Commission) 49-cu sessiyası öz işinə başlayıb. Ölkəmizi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyyə Mustafayeva, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti sədrinin müavini Ramazan Nəbiyev və İnstitutun Elmi Araşdırmalar Mərkəzinin mütəxəssisi Aygün Qənbərzadə təmsil edirlər.

İyulun 10-dək davam edəcək sessiyada qida təhlükəsizliyi və beynəlxalq qida standartlarının təkmilləşdirilməsi ilə bağlı mühüm məsələlər müzakirə olunur.

Sessiyanın gündəliyinə Kodeks Prosessual Təlimatına ediləcək dəyişikliklər, 2020–2025-ci illəri əhatə edən Kodeks strateji planının icrasına dair hesabat, Komissiyanın büdcə və maliyyə məsələləri, həmçinin Kodeksin ixtisaslaşmış komitələri tərəfindən hazırlanmış yeni təkliflərin təsdiqi daxildir. Tədbir çərçivəsində Balıq və Balıq Məhsulları üzrə Kodeks Komitəsinə sədr ölkənin müəyyənləşdirilməsi məqsədilə seçkilərin keçirilməsi də nəzərdə tutulur.

Ölkəmizin qida təhlükəsizliyi sahəsində dövlət siyasətini həyata keçirən qurum kimi AQTA-nın bu istiqamətdə gördüyü işlər, gələcək strategiyalar da diqqət mərkəzində saxlanılıb.