arrow

COP29 tədbiri ilə bağlı növbəti təlim keçirilib

COP29 tədbiri ilə bağlı növbəti təlim keçirilib
08-05-2024 17:11

Tədbirlər çərçivəsində Agentliyin strukturuna daxil olan bölmələrdə çalışan əməkdaşlar üçün növbəti onlayn təlim təşkil edilib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən keçirilən təlim "Qida tullantılarının idarə olunması" mövzusunda olub. Təlimdə Bakı və Sumqayıt şəhərlərində yerləşən keytrinq, otel və sanatoriyalarda qida təhlükəsizliyi vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə, eləcə də sahibkarlarla bu istiqamətdə maarifləndirmə işləri aparan, həmçinin tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz xidmətlərin göstərilməsi üçün ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər həyata keçirən əməkdaşlar iştirak edib. Təlimdə iştirakçılara qida tullantılarının idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri, tullantıların növləri və emal sahəsindən uzaqlaşdırılması, bu sahədə çalışan əməkdaşların təlimatlandırılması tədbirləri haqqında ətraflı məlumat verilib.

Təlim zamanı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.