arrow

“Courtyard by Marriott Baku” hotelinin əməkdaşları üçün HACCP təlimi keçirilib

“Courtyard by Marriott Baku” hotelinin əməkdaşları üçün HACCP təlimi keçirilib
08-10-2026 09:37

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Baku Winter Park” MMC-yə məxsus “Courtyard by Marriott Baku” hotelində qida təhlükəsizliyi standartlarının yüksəldilməsi və xidmət keyfiyyətinin davamlı təminatı məqsədilə əməkdaşlar üçün HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) təlimi təşkil edilib. 

İştirakçılara HACCP-nin düzgün tətbiq edilməsinə, idarəolunmasına, bu sistemlə bağlı qanunvericiliyin tələblərinə və müvafiq sənədlərin hazırlanmasına dair ətraflı məlumat verilib. Eyni zamanda onlar HACCP prinsipləri, kritik nəzarət nöqtələrinin müəyyənləşdirilməsi, risk analizi və bu sahədə beynəlxalq standartların tələbləri haqqında məlumatlandırılıb, praktiki tapşırıqlar icra ediblər.