Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) fermer və sahibkarların bilik və bacarıqların artırılması məqsədilə birgə təlimlər keçirir. Bu əməkdaşlıq çərçivəsində Salyan rayonunda “Bitki karantininin əsasları” mövzusunda təlim təşkil edilib.
Təlimdə iştirakçılar bitki karantini ilə bağlı qanunvericilik, metodiki yanaşmalar və təsərrüfat sahələri üzrə tətbiq olunan qaydalarla tanış olublar, həmçinin elmi-praktiki biliklər əldə ediblər.
Eyni zamanda Kürdəmir rayonunda fermerlər və baytar həkimlər üçün “Baytarlıq epidemiologiyası” mövzusunda təlim keçirilib. Tədbir iştirakçıları baytarlıq epidemiologiyasının prinsipləri, biotəhlükəsizlik və biomühafizə tədbirləri, həmçinin nümunələrin götürülməsi və seçilməsi metodları üzrə nəzəri və praktiki biliklər qazanıblar.
Təlimlər zamanı iştirakçıların sualları cavablandırılıb və müzakirələr aparılıb.