Gəncə Regional Sınaq Laboratoriyası (GRSL) Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən AZS ISO/IEC 17025:2020 standartına uyğun olaraq akkreditasiyadan keçib.
Müasir maddi-texniki bazası və yüksəkixtisaslı mütəxəssisləri ilə laboratoriya ölkədə istehsal olunan, həmçinin idxal və ixrac edilən qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin dəqiq müayinəsini həyata keçirir.
GRSL-in fəaliyyəti regionda qida məhsullarının laborator analizlərinin daha şəffaf, dəqiq və beynəlxalq normalara uyğun şəkildə həyata keçirilməsini təmin edir.
Müayinələr respublika üzrə qüvvədə olan normativ sənədlərlə yanaşı, ISO, NMKL, AOAC beynəlxalq metodologiyalarına əsasən aparılır.
Laboratoriyada keyfiyyətə nəzarət məqsədilə standart referens materiallardan istifadə olunur və nəticələrin dəqiqliyi mütəmadi olaraq yoxlanılır.