arrow

Gəncədə sahibkarlar üçün təlim keçirilib

Gəncədə sahibkarlar üçün təlim keçirilib
22-08-2024 15:47

Gəncədə və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların iştirak etdiyi təlim "Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları" mövzusunda təşkil olunub. Təlimdə iştirakçılara qanunvericiliyə uyğun kəsim məntəqələrinin təşkil edilməsi, kəsim məntəqələrinə gətirilən heyvanların sağlamlığı haqqında arayışın verilməsi və kəsim məntəqələrində baytarlıq-sanitariya normalarına əməl olunmasının vacibliyi barədə məlumat verilib. Həmçinin mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.