arrow

Genetik modifikasiya edilmiş orqanizmlər mövzusunda görüş keçirilib

Genetik modifikasiya edilmiş orqanizmlər mövzusunda görüş keçirilib
05-03-2021 14:20

Bu istiqamətdə AQTİ əməkdaşları ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndələri arasında “Genetik modifikasiya edilmiş orqanizmlər (GMO)” mövzusunda görüş keçirilib. Görüşdə ölkəmizdə geni modifikasiya olunmuş məhsullar haqqında yeni qanun layihəsinin hazırlanması və gələcək əməkdaşlıq perspektivləri haqqında məlumat verilib. Tədbirdə həmçinin GMO məhsullarının ilkin baxışı və laborator analizləri üçün təlimlərin keçirilməsinin vacibliyi, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda AQTİ və Amerikanın ölkəmizdəki səfirliyi arasında qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə AQTİ əməkdaşlarına xarici mütəxəssislər tərəfindən təlimlərin keçirilməsi və birgə layihələrin hazırlanmasına dair ilkin razılıq əldə olunub.