arrow

“HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda növbəti təlim keçirilib

“HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda növbəti təlim keçirilib
16-01-2023 12:39

Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən "Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda təşkil olunub.

Təlimdə iştirakçılara HACCP sisteminin yaranması, inkişaf tarixi, prinsipləri, üstünlükləri və faydaları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, HACCP qida təhlükəsizliyinin idarə olunması üçün mühüm əhəmiyyət kəsb edən, qida va yem məhsullarında təhlükə amillərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və nəzarəti sistemidir. Bu sistem qida zəncirinin bütün mərhələlərində iştirak edən müəssisələrdə asanlıqla tətbiq oluna bilər. Eyni zamanda HACCP sisteminin effektiv işləməsini təmin etmək üçün əlavə müşahidə və təhlil də daxil olmaqla, yoxlamaların aparılması zəruridir. Eləcə də qaydalara riayət olunmasını əks etdirən bütün sənədlərin toplanması və işlək vəziyyətdə saxlanması vacibdir. Təlim zamanı iştirakçılar HACCP sistemini özündə ehtiva edən beynəlxalq idarəetmə sistemləri və HACCP sistemləri ilə ISO 22000:2018 arasındakı əlaqə barədə də məlumatlandırılıb. Həmçinin təlimdə iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim edilib.