Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Memorandumun əsas məqsədi heyvan sağlamlığının və rifahının təmin olunması, insan və heyvan sağlamlığına təhlükə yarada bilən zoonoz xəstəliklərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinə dair məlumatların mübadiləsi, qarşılıqlı maraq kəsb edən problemlərin araşdırılması və tədqiqi sahəsində əməkdaşlığı genişləndirməkdən ibarətdir. Həmçinin heyvan mənşəli qida məhsullarının keyfiyyət və təhlükəsizliyi üzrə laboratoriya analizi, ekspertiza və tədqiqat xidmətlərinin beynəlxalq tələblərə uyğun olaraq həyata keçirilməsi, kadrların praktik bacarıqlarının inkişafı və səriştəliliyinin yüksəldilməsi istiqamətində də təcrübə mübadiləsi planlaşdırılır.