arrow

İctimai iaşə müəssisələrinin əməkdaşları üçün təlimlər davam etdirilir

İctimai iaşə müəssisələrinin əməkdaşları üçün təlimlər davam etdirilir
13-07-2022 10:00

Nəzəri və praktiki həyata keçirilən təlimdə iştirakçılara qida təhlükəsizliyi ilə bağlı əsas anlayışlar haqda geniş məlumat verilib. Həmçinin, iştirakçılar qida məhsullarının çirklənmələri, o cümlədən mikrobioloji, allergen, çarpaz, fiziki çirklənmələrlə bağlı məlumatlandırılıblar. Bunlarla yanaşı təlim “Zərərvericilər”, “Spill Kit dəstlərindən istifadə”, “Tibbi müayinələrin izlənilməsi qaydası”, “Kodeks Alimentarius addımları” kimi mövzuları da əhatə edib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim edilib.