Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı və Ağdərə rayonunun Talış kəndində, həmçinin ilk dəfə olaraq Şuşa, Füzuli, Laçın rayonlarında quraşdırılan çadırtipli kəsim məntəqələrində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərəcək. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar-həkimlər fəaliyyət göstərməsi nəzərdə tutulur. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda operativ formada müayinə ediləcək.
Qeyd edək ki, bu il ölkə üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib.