arrow

İstehsalçıların halal prinsiplərini daha yaxşı mənimsəməsi və tətbiq etməsi üçün “Halal Maarifləndirmə Tədbiri” təşkil ediləcək

İstehsalçıların halal prinsiplərini daha yaxşı mənimsəməsi və tətbiq etməsi üçün “Halal Maarifləndirmə Tədbiri” təşkil ediləcək
05-11-2025 12:13

AQTİ istehsalçıların halal prinsiplərini daha yaxşı mənimsəməsi və tətbiq etməsi üçün 07.11.2025 tarixində, saat 11:00-da onlayn “Halal Maarifləndirmə Tədbiri” təşkil edir. Tədbirdə halal sertifikatlaşdırma xidmətləri, uyğunluq tələbləri və istehsalçılara təqdim olunan dəstək mexanizmləri barədə məlumat veriləcək.

Halal qida anlayışı yalnız dini qaydalarla məhdudlaşmır, eyni zamanda, keyfiyyət, gigiyena, təhlükəsizlik və dürüst tərkib deməkdir. 

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə halal qida istehsalının beynəlxalq standartlara uyğun həyata keçirilməsini təmin edir. Fəaliyyətində OIC/SMIIC 1:2019 – “Halal Qidaya dair Ümumi Tələblər” standartını əsas götürərək istehsal proseslərində şəffaflıq və izlənə bilənliyə xüsusi önəm verir.

Bu təşəbbüs istehsalçılara həm daxili, həm də xarici bazarlarda rəqabət üstünlüyü qazanmağa kömək edəcək.

Daha ətraflı məlumat və qeydiyyat üçün:
- www.afsi.gov.az
- halal@afsi.gov.az
- +994 70 937 76 73

Qoşulma linki: AQTİ "Halal" Sertifikatlaşdırma xidmətləri haqqında maarifləndirmə | Meeting-Join | Microsoft Teams