arrow

Keytrinq şirkətləri və otellərin əməkdaşları AQTİ-də təlimlərə cəlb olunub

Keytrinq şirkətləri və otellərin əməkdaşları AQTİ-də təlimlərə cəlb olunub
23-10-2024 14:20

Təlim zamanı iştirakçılara qidalanmanın təşkili zamanı təhlükəsiz xidmətlərin göstərilməsinin təmin edilməsi üçün həyata keçirilməsi zəruri olan işlər barədə ətraflı məlumat verilib. Həmçinin onlar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanundan irəli gələn tələblər haqqında məlumatlandırılıb. İştirakçılara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də qida blokunda çirklənmə riskini yaradan amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verilib. Bildirilb ki, müəssisədə sanitar-gigiyenik normalar gözlənilməli, iş prosesini əhatə edən bloklar təmiz və texniki işlək vəziyyətdə saxlanılmalıdır.

Təlimdə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. AQTİ tərəfindən bundan sonra da bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əməkdaşlarına metodiki köməkliklərin göstərilməsi nəzərdə tutulur.