arrow

Kompleks Tədqiqatlar Laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib

Kompleks Tədqiqatlar Laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
16-12-2025 17:26

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Kompleks Tədqiqatlar Laboratoriyası Böyük Britaniyanın “LGC” və “FAPAS” şirkətləri tərəfindən təşkil olunan beynəlxalq səriştəlilik sınaqlarında iştirak edib.

Laboratoriya “LGC” şirkəti tərəfindən keçirilən baytarlıq preparatları üzrə sınaqlarda 4-hidroksibenzoy turşusu və salisil turşusunun çirklilik faizinin, həmçinin hazır qida məhsulunda 8 mikrobioloji göstəricinin təyini üzrə etibarlı nəticələr əldə edib.  

Eyni zamanda, “FAPAS” şirkəti tərəfindən təşkil edilən qida ilə təmas edən qablaşdırma materialları üzrə sınaqlarda formaldehidin ümumi miqrasiyası parametri üzrə yüksək göstəricilər nümayiş etdirib.

Kompleks Tədqiqatlar Laboratoriyası fəaliyyətə başladığı dövrdən etibarən ABŞ, Böyük Britaniya və Fransa da daxil olmaqla müxtəlif ölkələrdə 150-dən çox göstərici üzrə beynəlxalq səriştəlilik sınaqlarında iştirak edib və uğur qazanıb.

Qeyd edək ki, Kompleks Tədqiqatlar Laboratoriyası Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən AZS ISO/IEC 17025:2020 beynəlxalq standartının tələblərinə uyğun akkreditasiyadan keçib və laboratoriyada aparılan bütün müayinələr bu standartın tələblərinə uyğun icra olunur.