arrow

Mərkəzi Baytarlıq Laboratoriyası daha bir səriştəlilik sınağında uğurla iştirak edib

Mərkəzi Baytarlıq Laboratoriyası daha bir səriştəlilik sınağında uğurla iştirak edib
06-09-2021 11:05

AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası növbəti dəfə BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatı və Beynəlxalq Atom Enerjisi Agentliyinin Heyvandarlıq Məhsullarının İstehsalı və Heyvan Sağlamlığı Laboratoriyası (The Animal Production and Health Laboratory of the Joint FAO/IAEA) tərəfindən təşkil edilən səriştəlilik test proqramında uğurla iştirak edib. Laboratoriya dünyanın əksər nüfuzlu ölkələrinin də təmsil olunduğu "Xırdabuynuzlu heyvanların taun xəstəliyinin seroloji üsullarla diaqnostikası" (Diagnosis of Peste des Petits Ruminants by serological methods) adlı laboratoriyalararası səriştəlilik sınağında “Xırdabuynuzlu heyvanların taun xəstəliyinin ELİSA müayinə metodu ilə təyini” üzrə yüksək nəticə əldə edib.

Qeyd edək ki, Mərkəzi Baytarlıq Laboratoriyası indiyədək İngiltərənin VETQAS (APHA SCIENTIFIC) şirkəti, Pirbrayt İnstitutu (The Pirbright Institute) və FAO tərəfindən təşkil edilən səriştəlilik test proqramlarında uğurla iştirak edib. Hazırda laboratoriyada istifadə edilən müasir cihaz və avadanlıqlar patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik və parazitoloji müayinələri həyata keçirməyə imkan verir.