arrow

Mərkəzi Fitosanitar Laboratoriyanın əməkdaşı beynəlxalq elmi-praktiki konfransda iştirak edib

Mərkəzi Fitosanitar Laboratoriyanın əməkdaşı beynəlxalq elmi-praktiki konfransda iştirak edib
06-11-2023 15:17

Tədbirdə MFL-in əməkdaşları tərəfindən “Limon meyvələrində Sitrus tristeza virusunun “Real-time PCR” metodu vasitəsilə diaqnostikası” mövzusunda hazırlanan posterin təqdimatı olub. Həmçinin “Azərbaycanın şimal-şərqində qeydə alınan fırəmələgətirən sinipidlərin bəzi növləri” və “Azərbaycanın Lənkəran-Astara bölgəsində xurma bitkisinin zərərverici kompleksi” adlı araşdırma nəticələrinin tezisləri konfrans materiallarında çap edilmək üçün aidiyyəti üzrə təqdim olunub.

MFL-in əməkdaşı tədbir çərçivəsində Ümumrusiya Bitki Karantini Mərkəzinin idarəetmə sistemi və laboratoriyaları ilə də tanış olub.

Qeyd edək ki, Rusiyanın və digər ölkələrin qabaqcıl alim və ekspertlərinin qatıldığı konfransda fitosanitariya və bitki mühafizəsi sahəsində aktual elmi məsələlər müzakirə olunub.