Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Martın 4-də saat 11:00-da təşkil edilməsi nəzərdə tutulan görüşdə meyvəçilik və tərəvəzçilik sahələrindəki vəziyyət müzakirə olunacaq. Təsərrüfat sahiblərinə aqrotexniki qaydalar barədə ətraflı məlumat veriləcək, mövcud çatışmazlıqlar nəzərdən keçiriləcək. Həmçinin sahibkarların fikir və təklifləri dinləniləcək, onları maraqlandıran suallar cavablandırılacaq.
Görüşdə iştirak etmək istəyən hər bir sahibkar adını, soyadını və çalışdığı təsərrüfat barədə məlumatları sabina.nuruzada@afsa.gov.az elektron poçt ünvanına göndərə bilər. Eyni zamanda (012) 565 12 72 (daxili: 019) nömrəli telefona zəng edərək görüş barədə daha ətraflı məlumat almaq mümkündür.