Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasında beynəlxalq metodlara əsasən pestisidlərin qalıq miqdarının təyini üzrə sınaqlar həyata keçirilir.
Laboratoriyada meyvə-tərəvəz və qida məhsullarında 600-dən çox müxtəlif pestisid qrupu qalıqları müəyyən edilə bilir.
Sınaqlar müasir, yüksək həssaslığa malik cihazlarda – LC/MS/MS (ikiqat kütlə spektrometri) və GC/MS (qaz xromatoqrafiyası) sistemlərində beynəlxalq referens metodlara uyğun aparılır. Bu avadanlıqlar ən aşağı səviyyəli pestisid qalıqlarını belə yüksək dəqiqliklə aşkar etməyə imkan verir.
Metodlar Azərbaycan Akkreditasiya Mərkəzi (AZAK) və Almaniya Akkreditasiya qurumu (DAkkS) tərəfindən akkreditə olunub.
Laboratoriyada aparılan analizlər qida təhlükəsizliyinin təmini və istehlakçıların sağlamlığının qorunmasına xidmət edir.