arrow

Milli Referens Laboratoriyasının beynəlxalq səriştəlilik sınaqlarındakı növbəti uğuru

Milli Referens Laboratoriyasının beynəlxalq səriştəlilik sınaqlarındakı növbəti uğuru
07-05-2026 17:00

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Milli Referens Laboratoriyası (MRL) İngiltərənin “Fapas” şirkəti tərəfindən təşkil olunan beynəlxalq səriştəlilik sınağında iştirak edərək növbəti uğurlu nəticələr əldə edib.  

Sınaqlar yağ nümunəsində ümumi yağlılıq, yağsız quru maddələr, pH parametrlərinin təyini üzrə, həmçinin ABŞ-nin “OTSC - Texas A&M AgriLife Research” şirkəti tərəfindən təşkil olunan qarğıdalı tozu nümunəsində Aflatoksin B1 və Total Aflatoksinlərin təyini üzrə aparılıb. 

Laboratoriyada qida məhsullarının keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, fiziki-kimyəvi, cihaz müayinələri aparılır. Laboratoriya AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına əsasən, Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən milli və Almaniya Federativ Respublikasının nüfuzlu akkreditasiya qurumu olan Deutsche Akkreditierungsstelle GmbH “DAkkS” tərəfindən isə beynəlxalq akkreditasiyadan keçib. 

Qeyd edək ki, MRL fəaliyyəti dövründə ABŞ, Böyük Britaniya, Fransa və Polşa kimi ölkələrdə təşkil olunan 50-dən çox göstərici üzrə beynəlxalq səriştəlilik sınaqlarında iştirak edərək yüksək nəticələr qazanıb.