AQTA-nın Birləşmiş
Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Agentlik əməkdaşları arasında
Novruz bayramına həsr olunmuş “Kudos” intellektual-əyləncəli yarışı keçirilib.
Yarışın
keçirilməsində məqsəd Agentliyin əməkdaşları arasında korporativ əlaqələrin
genişləndirilməsi, sağlam rəqabət mühitinin yaradılması, intellektual
potensialın və komanda ruhunun inkişaf etdirilməsi, əməkdaşların asudə
vaxtlarının səmərəli keçirilməsi, həmçinin Novruz bayramının milli-mənəvi
dəyərlərinin təbliği olub.
Yarışda AQTA
əməkdaşlarından formalaşdırılmış 17 komanda iştirak edib. Yekunda qaliblər
qiymətli hədiyyələr və təltiflərlə mükafatlandırılıb.
AQTA-nın
Həmkarlar Komitəsi tərəfindən bu kimi tədbirlərin daimi olaraq keçirilməsi
nəzərdə tutulur.