2020-ci ilin yanvar-dekabr ayları ərzində AQTİ laboratoriyaları ümumilikdə 120 parametr üzrə Fransa, İngiltərə, Hollandiya, Türkiyə və Amerikanın nüfuzlu laboratoriyaları ilə səriştəlilik sınaqlarında iştirak edib. Qeyd edilən səriştəlilik sınaqları əsasən balda keyfiyyət və təhlükəsizlik göstəriciləri, ətin mənşəyi, GMO müayinələri, şərabda təhlükəsizlik və keyfiyyət göstəriciləri, quru meyvələrdə və çərəzlərdə aflatoksin müayinələri, qida məhsullarında ağır metal və digər zəhərli toksikoloji parametrlər və mikrobioloji müayinələr ilə bağlı olub. Bununla yanaşı İnstitutun heyvan sağlamığı və bitki sağlamlığı sahəsində fəaliyyət göstərən laboratoriyaları təhlükəsizlik göstəriciləri üzrə İngiltərə və Rusiya ilə qarşılıqlı səriştəlilik sınaqlarında iştirak edib.
Qeyd edək ki, 100–dən çox ölkənin iştirak etdiyi səriştəlilik sınaqlarında AQTİ laboratoriyaları yüksək nəticələr əldə edib.