arrow

“Peşəkarlarla görüş”də bitkiçilik məhsullarının ixracına maneə yarada biləcək tənzimlənən zərərli orqanizmlərdən bəhs olunub

“Peşəkarlarla görüş”də bitkiçilik məhsullarının ixracına maneə yarada biləcək tənzimlənən zərərli orqanizmlərdən bəhs olunub
17-05-2023 16:39

Görüş zamanı SOVQAT layihəsinin qida təhlükəsizliyi sahəsində çalışan sahibkarlıq subyektlərinin fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurması, eləcə də qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi baxımından mühüm rol oynadığı qeyd edilib.  Daha sonra tərəvəz məhsullarının ilkin istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərinə fitosanitar sahə ilə bağlı normativ aktlar, həmçinin müxtəlif ölkələrin idxal tələbinin ixrac prosesində tətbiqi haqqında ətraflı məlumat verilib. Eləcə də sahibkarlar bitkiçilik sahəsində rast gəlinən və ixrac prosesinə maneə yarada biləcək virus mənşəli xəstəliklərlə zərərvericilər barədə məlumatlandırılıb. Həmçinin görüşdə mövzu ətrafında müzakirələr aparılıb, sahibkarların fikirləri dinlənilib və onların sualları cavablandırılıb.

Qeyd edək ki, SOVQAT layihəsinin məqsədi qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir. Layihənin icrası “Açıq Qapı”, “Təcrübə mübadiləsi”, “Sahibkarların beynəlxalq vebinarlara cəlb edilməsi” və “Peşəkarlarla görüş” istiqamətləri üzrə həyata keçirilir.