arrow

Qida emalı müəssisələrində izlənəbilmə sisteminin tətbiqinə dair növbəti təlim keçirilib

Qida emalı müəssisələrində izlənəbilmə sisteminin tətbiqinə dair növbəti təlim keçirilib
20-04-2023 17:50

Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən "Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Qida emalı müəssisələrində izlənəbilmə sisteminin praktiki tətbiqi metodları” mövzusunda təşkil olunub.

Təlim zamanı iştirakçılar izlənəbilmə, bu sistemin məqsədləri, prinsipləri, tələbləri, əhatə dairəsi, növləri, tərkib elementləri və praktik tətbiqi, eləcə də beynəlxalq təcrübə barədə ətraflı məlumatlandırılıb. Bildirilib ki, izlənəbilmə sistemi heyvan və bitki mənşəli qida və yem məhsullarının istehsalı, emalı və satışı prosesləri çərçivəsində bu məhsulların tərkibində, eləcə də qida məhsullarının əldə olunduğu heyvan və bitkilərdə hər hansı maddənin izinin tapılmasından və təqib edilə bilməsindən ibarətdir. Bu sistem istehsal, satış və idxal da daxil olmaqla, məhsulun ilkin emalından son istehlakçıya qədər olan bütün mərhələləri əhatə edir. Eyni zamanda müvafiq qida məhsullarından istifadə edən insanların sağlamlığını ən yüksək səviyyədə qorumaq məqsədini daşıyır.

Təlimdə eyni zamanda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim olunub.