arrow

Qida ilə təmasda olan mütəxəssislər üçün növbəti təlim keçirilib

Qida ilə təmasda olan mütəxəssislər üçün növbəti təlim keçirilib
06-10-2026 10:57

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Qida sahəsində gigiyena tələbləri” mövzusunda keçirilən növbəti təlim zamanı qida ilə təmasda olan mütəxəssislərə qüvvədə olan qanunvericiliyin tələbləri izah edilib, bu qaydalara gündəlik fəaliyyət zamanı riayət etməyin vacibliyi xüsusi vurğulanıb. 

Qida zəncirinin bütün mərhələlərində yarana biləcək risklər və onların qarşısının alınması üsulları iştirakçıların diqqətinə çatdırılıb. Təlim zamanı xüsusilə şəxsi gigiyena qaydalarına əməl olunmasının qida təhlükəsizliyində həlledici rol oynadığı qeyd edilib. 

İnteraktiv formatda təşkil edilən təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb, həmçinin iştirakçıların bilik və bacarıqları qiymətləndirilib.