AQTİ mütəxəssisləri tərəfindən qida subyektlərinin əməkdaşları üçün növbəti maarifləndirici təlim “Qida məhsullarının izlənilməsi” mövzusunda təşkil edilib.
Təlimdə iştirakçılara qida subyektlərini qida və yem məhsulları ilə təchiz edən subyektləri müəyyənləşdirməyə imkan verən izləmə sistemi və prosedurları, məhsulların izlənilməsi qaydası ilə müəyyən olunan sənədlərin kağız üzərində və (və ya) elektron daşıyıcılarda tərtib edilməsi və saxlanılması, həmçinin bu məsələlərlə bağlı məlumatların müvafiq orqana təqdim olunması barədə ətraflı məlumat verilib. Eyni zamanda onlar izlənilməni asanlıqla təmin etmək məqsədilə qida subyektləri tərəfindən bazara yerləşdirilən və ya yerləşdirilməsi nəzərdə tutulan qida və yem məhsullarının, qida məhsulları əldə edilən heyvanların, yaxud qida və yem məhsullarına əlavə olunması nəzərdə tutulan maddələrin etiketlənməsi və identikləşdirilməsi qaydaları haqqında məlumatlandırılıblar.
Təlim zamanı mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.