Qida ilə təmasda olan əməkdaşların qida təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının artırılması, sanitariya-gigiyena qaydalarına riayət olunmasının təşviqi, təhlükəsiz qida istehsalı prinsiplərinin tətbiqinin gücləndirilməsi və qida mənşəli risklərin qarşısının alınması məqsədilə "Qida sahəsində gigiyena tələbləri" mövzusunda təlim keçirilib.
Təlim zamanı iştirakçılara şəxsi gigiyena və əl gigiyenası qaydaları, çarpaz çirklənmənin qarşısının alınması üsulları, istehsal və xidmət sahələrində sanitariya-gigiyena tələbləri, eləcə də qida təhlükəsizliyinin təmin edilməsində əməkdaşların rolu və məsuliyyəti barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, təlim iştirakçılarına HACCP (Təhlükələrin Təhlili və Kritik Nəzarət Nöqtələri) sisteminin əsas prinsipləri, qida təhlükələrinin (bioloji, kimyəvi və fiziki) müəyyənləşdirilməsi, kritik nəzarət nöqtələrinin əhəmiyyəti və qida müəssisələrində təhlükəsizliyin idarə olunmasında sistemin rolu izah edilib.
İştirakçılar zərərvericilərə qarşı mübarizə tədbirləri, onların qida təhlükəsizliyinə təsiri, monitorinq və profilaktik tədbirlərin həyata keçirilməsi, eləcə də zərərvericilərə nəzarət proqramının düzgün təşkili ilə bağlı məlumatlandırılıb.
Mövzu ilə bağlı suallar cavablandırılıb və qida təhlükəsizliyi mədəniyyətinin formalaşdırılmasının əhəmiyyəti bir daha vurğulanıb.