arrow

Qida subyektləri üçün AQTİ tərəfindən növbəti təlim keçirilib

Qida subyektləri üçün AQTİ tərəfindən növbəti təlim keçirilib
16-03-2026 10:57

İstehlakçılara keyfiyyətli və təhlükəsiz xidmət göstərilməsi üçün qida sahəsində fəaliyyət göstərən müəssisələrin əməkdaşlarının sanitar-gigiyena qaydalarına riayət etməsi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə məlumatlılığın artırılması və qida təhlükəsizliyinin təmin olunması məqsədilə maarifləndirici tədbirlər davam etdirilir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Təlim Mərkəzi tərəfindən qida sahəsində çalışan mütəxəssislər üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim keçirilib. Təlimdə “Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinə uyğun olaraq işçilərin şəxsi gigiyenası, zərərvericilərə nəzarət, təmizləmə və dezinfeksiya prosedurları, qida məhsullarının daşınması, saxlanması və düzgün emalı qaydaları ilə bağlı ətraflı məlumat verilib.

Təlim çərçivəsində iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, onların bilik və bacarıqları dəyərləndirilib. Sonda isə təlim iştirakçılarına sertifikatlar təqdim edilib.