Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun məzun və yeni üzvləri ilə görüş keçirilib.
Tədbirdə AQTİ İdarə Heyəti sədrinin müavini Elxan Əhmədov çıxış edərək ölkəmizdə gənclər üçün yaradılan geniş imkanlardan, könüllülük hərəkatının əhəmiyyətindən və bu sahədə dövlət dəstəyindən söz açıb. O, sağlam və təhlükəsiz qida mədəniyyətinin təşviqində “Qida Təhlükəsizliyi Könüllüləri”nin rolunu yüksək qiymətləndirərək gənclərin bu istiqamətdə fəal iştirakının vacibliyini vurğulayıb.
AQTİ İdarə Heyəti sədrinin müşaviri Hüseyn Məmmədov isə ildən-ilə könüllülərin sıralarının genişləndiyini, onların qida sektorunun inkişafındakı rolunun daha da artdığını qeyd edib.
Görüş çərçivəsində könüllülərə AQTİ-nin fəaliyyəti, həyata keçirilən layihələr və qarşıdakı hədəflər barədə ətraflı məlumat verilib, onların təklif və təşəbbüsləri dinlənilib.
Tədbirin sonunda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən məzun könüllülərə sertifikatlar təqdim olunub.