arrow

Qida Təhlükəsizliyi Könüllüləri üçün “Milla Dairy” MMC-yə infotur təşkil olunub – VİDEO

Qida Təhlükəsizliyi Könüllüləri üçün “Milla Dairy” MMC-yə infotur təşkil olunub – VİDEO
21-01-2026 10:38

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzdində fəaliyyət göstərən “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun üzvləri üçün “Milla Dairy” MMC-də infotur təşkil edilib. İnfotur zamanı könüllülər müəssisənin istehsalat prosesi ilə yaxından tanış olub, süd və süd məhsullarının hazırlanmasında tətbiq edilən müasir texnologiyalar və metodlar barədə ətraflı məlumat alıblar. 

Həmçinin təqdimatlar zamanı müəsissə tərəfindən istehsal olunan məhsulların keyfiyyət göstəriciləri, bazardakı mövqeyi, istehsalat zəncirinin müxtəlif mərhələlərində tətbiq olunan innovativ yanaşmalar və keyfiyyət təminatı mexanizmləri barədə könüllülərə ətraflı məlumat verilib.

 Daha ətraflı video məlumatda tanış ola bilərsiniz: https://youtu.be/bNO1E0o616I