Müasir restoran biznesində yalnız dadlı yemək kifayət etmir. Müştərilər təhlükəsizlik, şəffaflıq və etibarlılığa xüsusi diqqət yetirirlər. “Reytinq ulduzu” sistemi restoranlara məhz bu sahədə üstünlük qazandıraraq onları rəqabətdə önə çıxarır.
1.Güclü reklam və tanıdılma imkanı
İlk növbədə, reytinqə sahib obyektlər televiziya və radio verilişlərində tanıdılır. Bu, restoranın geniş auditoriyaya çatması və daha çox tanınması üçün böyük fürsətdir.
2.Turistlər və xarici qonaqlar arasında etibar qazanmaq
Turistlər və xarici qonaqlar üçün isə reytinq ulduzu ciddi seçim meyarıdır. Çünki bu nişan restoranın təhlükəsiz və etibarlı xidmət göstərdiyini təsdiqləyir.
3.Peşəkar dəstək və inkişaf imkanları
Bundan başqa, reytinqə sahib restoranlar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təklif etdiyi təlim və məsləhət xidmətlərindən faydalana bilir.
4.Aylıq hesabatlarda yer alma
Restoranın AQTA-nın aylıq hesabatlarında yer alması da əlavə üstünlük olub, onun daha şəffaf, daha etibarlı imic formalaşdırmasına kömək edir.
5.Mobil tətbiqdə əlçatanlıq
Reytinq sistemi üzrə mobil tətbiqdə restoranın qeyd olunması istifadəçilərin onu rahat tapmasına imkan yaradır.
6.Brend dəyərinin yüksəlməsi və bazar üstünlüyü
Həmçinin, reytinq restoranı həm müştərinin gözündə yüksəldir, həm də bazarda rəqabət gücünü artırır.
Bir sözlə, “Reytinq ulduzu” sistemi hər bir iaşə obyektinə həm bugünkü, həm də gələcək uğur üçün ciddi dəstək verir.