arrow

“Risk əsaslı yanaşma və prosesin optimizasiyası” mövzusunda növbəti təlim keçirilib

“Risk əsaslı yanaşma və prosesin optimizasiyası” mövzusunda növbəti təlim keçirilib
30-05-2023 15:11

Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən "Bazarstore" Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Risk əsaslı yanaşma və prosesin optimizasiyası” mövzusunda təşkil edilib.

Təlimdə iştirakçılar risk əsaslı yanaşma, proses, prosesin optimizasiyası, həmçinin onun metodları, proqramları və üstünlükləri barədə ətraflı məlumatlandırılıb.

Bildirilib ki, qidanın emalı, daşınması və satışı proseslərində mikrobioloji, fiziki, kimyəvi və allergen risklər yarana bilər. Bu risklərin qarşısını almaq, eyni zamanda məhsuldarlığı və səmərəliyi artırmaqdan otrü isə tətbiq olunan proseslər optimallaşdırılmalıdır. Həmçinin prosesin optimizasiyası üçün bir çox fərqli optimallaşdırma metodlarından müvafiq sahələr üzrə istifadə edilməlidir.

Təlim zamanı həmçinin mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb. Təlimin sonunda isə iştirakçılara sertifikatlar təqdim olunub.