RİTM (Rəqəmsal və İnnovativ Təlim Mərkəzi) təlim platforması qida təhlükəsizliyi sahəsində bilik və bacarıqların artırılması üçün istifadəçilərə yeni onlayn imkanlar təqdim edir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun bu platforması vasitəsilə qida təhlükəsizliyi sahəsindəki kurslara istənilən vaxt və məkandan qoşulmaq mümkündür. Təlimləri uğurla bitirdikdən sonra isə rəsmi sertifikat əldə etmək olar.
Platformanı daha yaxından tanımaq üçün, ilk olaraq, "Haqqımızda" bölməsinə göz gəzdirə bilərsiniz.
Şəxsi kabinetinizin imkanlarından yararlanmaq üçün yuxarı sağ küncdəki "Daxil ol / Qeydiyyatdan keç" düyməsinə klikləyin.
Açılan myGov ID səhifəsində sizə uyğun giriş üsulunu seçərək şəxsiyyətinizi rahatlıqla təsdiqləyin.
"Kateqoriyalar" bölməsində isə maraq dairənizə və fəaliyyət sahənizə uyğun təlim istiqamətini asanlıqla seçə bilərsiniz.
"Kurslar" bölməsində təqdim olunan təlimlərlə tanış olmaq mümkündür. Buradan kursun adı, mövzusu, qiyməti və istifadəçi rəyləri ilə tanış ola, seçdiyiniz təlimin üzərinə klikləyərək isə ətraflı məlumat ala bilərsiniz.
Platformadan istifadə zamanı yaranan suallara tez və rahat cavab tapmaq üçün “Tez-tez verilən suallar (FAQ)” bölməsinə nəzər salmağınız kifayətdir.
"Təlimçilərimiz" hissəsində isə təlim modullarının hazırlamasında iştirak edən peşəkar mütəxəssis heyəti ilə yaxından tanış ola bilərsiniz.
Platformadakı son yeniliklər və aktual məlumatlardan xəbərdar olmaq üçün "Xəbərlər" bölməsini izləyin.
Fəaliyyətimizin miqyası və əldə olunan nəticələr real rəqəmlərlə "Statistika" bölməsində görünür.
RİTM platforması həmçinin işəgötürənlərlə işaxtaranlar arasında körpü rolunu oynayır. Belə ki, burada həm işəgötürənlər, həm də işaxtaranlar öz elanlarını yerləşdirə bilərlər.
Hər hansı təklif və ya sualınız olarsa, "Bizimlə əlaqə" bölməsindən bizə birbaşa müraciət edə bilərsiniz.
Beləliklə, RİTM Təlim Platformasının əsas imkanları ilə tanış oldunuz.
Bilik və bacarıqlarınızı artırmaq üçün platformadan elə bu gün yararlanmağa başlayın.