İnsan, heyvan, bitki və ətraf mühit sağlamlığının bir-biri ilə sıx bağlı olduğunu anlamaqdan başlayır sağlam gələcək.
Zoonoz xəstəliklər, qida təhlükəsizliyi, antimikrob rezistentlik və iqlim dəyişiklikləri bizə göstərir ki, sağlamlıq məsələlərinə artıq yalnız bir sahənin prizmasından baxmaq doğru deyil.
Məhz buna görə “Vahid Sağlamlıq” yanaşması gələcəyin mütəxəssisləri üçün yeni imkanlar yaradır.
Bəs sən bu proqramda nə qazanacaqsan?
Praktiki biliklər və müasir yanaşmalar
Beynəlxalq təcrübə ilə tanışlıq
Analitik və sistemli düşünmə bacarıqları
Təcrübəli mütəxəssislərlə mentorluq və ünsiyyət
Fərdi inkişaf və peşəkar əlaqələr
Karyera istiqamətini müəyyənləşdirmək üçün yeni imkanlar
“Vahid Sağlamlıq” Mentorluq Proqramı gənclərə öz potensiallarını tanımaq, peşə seçimində düzgün istiqamət müəyyənləşdirmək və gələcək karyera yollarını daha şüurlu şəkildə planlamaq üçün dəstək olmağı hədəfləyir.
Gələcəyin “Vahid Sağlamlıq” mütəxəssisi olmağa hazırsınızsa afsi.gov.az/az/mentorship elektron ünvanına müraciət edə bilərsiniz.