arrow

Sahibkarlar üçün HACCP təlimi keçirilib

Sahibkarlar üçün HACCP təlimi keçirilib
20-04-2026 10:50

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əməkdaşları üçün HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) təlimi keçirilib. İştirakçılara HACCP sisteminin ictimai iaşə müəssisələrində düzgün tətbiq edilməsinə, idarə olunmasına, bu sistemlə bağlı qanunvericiliyin tələblərinə və müvafiq sənədlərin hazırlanmasına dair ətraflı məlumat verilib. 

Vurğulanıb ki, HACCP sistemi məhsulun təhlükəsizliyini təmin etməklə birbaşa keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bu sistem risk əsaslı yanaşmaya əsaslanaraq məhsulların standartlara uyğun istehsalına, bu isə satış və gəlirliliyin artırılmasına şərait yaradır. 

Təlim iştirakçıları HACCP prinsipləri, kritik nəzarət nöqtələrinin müəyyənləşdirilməsi, risk analizi və bu sahədə beynəlxalq standartların tələbləri haqqında məlumatlandırılıb.  Eləcə də iştirakçılara müvafiq məsləhətlər verilib, onların sualları cavablandırılıb.