arrow

Sahibkarlar üçün ödənişsiz HACCP təlimi keçiriləcək

Sahibkarlar üçün ödənişsiz HACCP təlimi keçiriləcək
12-06-2025 11:45

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida sahəsində fəaliyyət göstərən sahibkarlar üçün məlumat xarakterli, ödənişsiz HACCP təlimi təşkil edir. Təlimdə təqdim olunacaq mövzular:

• HACCP sisteminin mahiyyəti və prinsipləri
• Müəssisələr üçün tətbiq qaydaları
• HACCP sisteminin üstünlükləri

HACCP qida təhlükəsizliyini təmin etmək üçün tətbiq olunan idarəetmə sistemidir. Bu sistemin tətbiqi “Qida Təhlükəsizliyi haqqında” qanunla tənzimlənir. Qanuna əsasən qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP prinsiplərinə əsaslanan prosedurları tətbiq etməli və bu prinsiplərə əsaslanan qida təhlükəsizliyinə nəzarət sisteminə malik olmalıdır. HACCP sistemləri müəssisələrin istehsal prosesində potensial təhlükələri müəyyən etməsinə, kritik nöqtələri nəzarət altında saxlamasına və riskləri minimuma endirməsinə imkan yaradır. Bu da istehlakçı inamını artırmaqla yanaşı, satış imkanlarının artması və ixrac potensialının yaranmasına şərait yaradır.

Qeydiyyat üçün link: 
http://bit.ly/3TldOWU

Tarix: 20 iyun 2025-ci il
Saat: 11:00
Ünvan: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (Süleyman Sani Axundov küçəsi, 73C)