arrow

Sahibkarlıq subyektinin əməkdaşları qida emalı müəssisələrində izlənəbilmə sisteminin tətbiqi barədə məlumatlandırılıb

Sahibkarlıq subyektinin əməkdaşları qida emalı müəssisələrində izlənəbilmə sisteminin tətbiqi barədə məlumatlandırılıb
04-05-2023 15:57

Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən "Al Market" Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Qida emalı müəssisələrində izlənəbilmə sisteminin praktiki tətbiqi metodları” mövzusunda təşkil olunub.

Təlim zamanı iştirakçılara izlənəbilmə, bu sistemin məqsədləri, prinsipləri, tələbləri, əhatə dairəsi, növləri, tərkib elementləri və praktik tətbiqi, eləcə də beynəlxalq təcrübə barədə ətraflı məlumat verilib. Bildirilib ki, izlənəbilmə sistemi heyvan və bitki mənşəli qida və yem məhsullarının istehsalı, emalı və satışı prosesləri çərçivəsində bu məhsulların tərkibində, eləcə də qida məhsullarının əldə olunduğu heyvan və bitkilərdə hər hansı maddənin izinin tapılmasından və təqib edilə bilməsindən ibarətdir. Bu sistem istehsal, satış və idxal da daxil olmaqla, məhsulun ilkin emalından son istehlakçıya qədər olan bütün mərhələləri əhatə edir. Eyni zamanda müvafiq qida məhsullarından istifadə edən insanların sağlamlığını ən yüksək səviyyədə qorumaq məqsədini daşıyır.

Təlimdə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və tədbirin sonunda onlara sertifikatlar təqdim olunub.