Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Xüsusi təhlükəli xəstəliklərin operativ aşkarlanması artıq daha sürətli və təhlükəsizdir!
AQTİ-nin 2+ səviyyəli mobil biotəhlükəsizlik laboratoriyası insan və heyvan sağlamlığının qorunmasında mühüm rol oynayır.
Bu laboratoriya Cənubi Qafqazda ilk dəfə olaraq ölkəmizdə Mərkəzi Baytarlıq Laboratoriyasının nəzdində yaradılıb. 🇦🇿
Cəmi 20–30 dəqiqəyə qurulan mobil laboratoriya:
* təmiz və çirkli zona ilə fəaliyyət göstərir;
* hermetik quruluş patogenlərin yayılmasının qarşısını alır;
* heyvan və quş xəstəliklərinin sürətli aşkarlanmasına imkan yaradır.
Laboratoriyanın xaricində quraşdırılan xarici təhlükəsizlik duş kabini personalın tam dezinfeksiyasını təmin edərək riskləri minimuma endirir.