arrow

“Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində təhsil müəssisələrində görüşlər davam edir

“Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində təhsil müəssisələrində görüşlər davam edir
06-04-2024 10:57

Bu çərçivədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 69, 117, 174, 183 və 316 nömrəli körpələr evi-uşaq bağçalarından sonra 10, 225, 234 və 307 nömrəli tam orta məktəblərdə və 49 nömrəli məktəb-liseydə görüşlər təşkil edilib. Tədbirlərdə AQTİ-nin mütəxəssisləri tərəfindən "Şəkərin zərərləri", "Şəkər əvəzediciləri" və "Gündəlik qida rasionunda meyvə-tərəvəzin əhəmiyyəti" mövzularında təqdimatlar olunub. Eyni zamanda uşaqlarla interaktiv oyunlar keçirilib, onlara döş nişanları verilib, buklet və stikerlər paylanıb.

Qeyd edək ki, kampaniya çərçivəsində təhsil müəssisəsində görüşlər keçirilməklə yanaşı, iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulacaq. Stendləri ziyarət edən şəxslərə kampaniya ilə bağlı ətraflı məlumat veriləcək, onlara müxtəlif simvolik hədiyyələr təqdim olunacaq. Bu tədbirlərin yekunu olaraq, aprelin 26-da AQTİ-də "Qida Təhlükəsizliyi" Simpoziumu təşkil ediləcək.

Onu da bildirək ki, “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə reallaşdırılır.