Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən keçiriləcək növbəti səriştəlilik sınaqları üzrə müraciətlərin qəbulu 2 noyabr 2026-cı il tarixinədək uzadılıb.
Səriştəlilik sınağı qida məhsulu nümunəsində arsen (As), kadmium (Cd), qurğuşun (Pb) və civə (Hg) parametrləri üzrə aparılacaq.
Sınaqlarda iştirak etmək istəyən laboratoriyalar “Müraciət forması”nı dolduraraq info.pt@afsa.gov.az elektron poçt ünvanına göndərməlidirlər.
Sınaq proqramı və iştirakla bağlı sənədlərlə AQTİ-nin rəsmi internet səhifəsinin (www.afsi.gov.az) “Xidmətlər” bölməsində yerləşən “Səriştəlilik sınaqları” altbölməsində tanış olmaq mümkündür.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu bütün müvafiq laboratoriyaları səriştəlilik sınaqlarında fəal iştirak etməyə dəvət edir.