arrow

“Təlim saatı”nda heyvanların identifikasiyası və qeydiyyatı barədə məlumat veriləcək

“Təlim saatı”nda heyvanların identifikasiyası və qeydiyyatı barədə məlumat veriləcək
14-03-2023 00:00

“Təlim saatı” onlayn veriliş layihəsinin həyata keçirilməsində məqsəd qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsini, eyni zamanda bu sahədə elmi bazanın təkmilləşdirilməsini və kadr potensialının gücləndirilməsini təmin etməkdir.

Budəfəki buraxılışda Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi haqqında məlumat veriləcək. Bu sistemdə subyekt, obyekt və heyvanların qeydiyyatının aparılması yolları izah olunacaq.

Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) "Heyvanların İdentifikasiya Mərkəzi" departamentinin müdiri İlqar İsmayılova ünvanlaya bilərsiniz.

Qeyd edək ki, AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsultasiya, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.